Britaniya 2035 ci ilə qədər ÜDM in 5 faizini müdafiəyə xərcləyəcək

24.06.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 24 iyun, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer 2035-ci ilə qədər ölkənin müdafiə və milli təhlükəsizlik sahələrinə ÜDM-in 5 faizi həcmində vəsait ayıracağını bəyan edib.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, bu açıqlama NATO-nun Haaqa sammiti ərəfəsində imzalanan yeni razılaşma fonunda verilib.

5 faizlik müdafiə xərci göstəricisi daha əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən tələb edilmişdi. O, Avropa ölkələrinin artıq ABŞ-ın müdafiə xərclərinə arxalanmamalı olduğunu bildirib.

Kir Starmer bildirib ki, 5 faizlik göstərici İkinci Dünya Müharibəsindən bəri Britaniyanın müdafiəyə ayırdığı ən yüksək ÜDM payı olacaq. Lakin Britaniya hökuməti hələlik 5 faizlik hədəfinin necə maliyyələşdiriləcəyinə dair konkret açıqlama verməyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью