Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniya, Avropa müttəfiqlərinin Vaşinqtondan həddindən artıq müdafiə asılılığı ilə bağlı narahatlıqlarına baxmayaraq, əlavə olaraq ABŞ-dan F-35 qırıcıları alacaq.
Axar.az xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.
London bundan əvvəl Kral donanmasının iki təyyarədaşıyan gəmisi üçün 48 ədəd “F-35B” qırıcısı sifariş edib. Onlardan 37 ədədi artıq alınıb.
Nəşrin məlumatına görə, Britaniya hakimiyyəti indi ölkənin hərbi büdcəsinin artması fonunda klassik “F-35A”ların alınması imkanını nəzərdən keçirir. Təyyarələrin 20 ildən çox əvvəl istifadəyə verilmiş “Eurofighter Typhoon” qırıcılarını qismən əvəz edəcəyi gözlənilir.