Britaniya ABŞ hərbi bazası üzərində naməlum dronların uçuşunu araşdırır

14.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın Müdafiə Nazirliyi ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Leykenhit aviabazası üzərində naməlum pilotsuz uçuş aparatlarının fəaliyyətini araşdırır.

“Sky News” telekanalının məlumatına görə, bu barədə Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi açıqlama verib.

“Bu axşam Leykenhit aviabazasında icazəsiz pilotsuz uçuş aparatlarının fəaliyyəti barədə məlumatlardan sonra bütün aidiyyəti tərəflərlə fəaliyyətimizi əlaqələndiririk”, – nazirlik rəsmisi bildirib.

Onun sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinin təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə ediblər və vəziyyət artıq nəzarət altına alınıb.

Britaniya Müdafiə Nazirliyi hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün ABŞ tərəfi ilə sıx əməkdaşlıq etdiyini açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью