Britaniya Aİ yə qayıtsa, bunlara qoşulmayacaq

02.11.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Böyük Britaniya Avropa İttifaqına (Aİ) yenidən üzvlük üçün müraciət edəcəyi təqdirdə avro və Şengen zonalarından kənarda qala bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqının iki nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Brüssel bu məsələdə çevik mövqe nümayiş etdirə bilər. Belə olan halda, Britaniyanın vahid valyutaya və ya Aİ-nin vizasız səyahət zonasına qoşulması məcburi olmaya bilər. Çünki bu məsələlər Britaniya seçicilərinin bir qismində narahatlıq yaradır.

Aİ rəsmiləri hazırda Britaniyanın quruma yenidən üzvlüyü ilə bağlı rəsmi mövqenin olmadığını vurğulayıblar. Bununla belə, danışıqlar zamanı ölkənin xüsusi şərtlərinin nəzərə alına biləcəyini bildiriblər.

“Teorik olaraq standart yanaşma mövcuddur, lakin praktikada bu, daha çevik olur. Müxtəlif modellər var”, – deyə rəsmilərdən biri qeyd edib.

Bununla yanaşı, avroskeptiklər Britaniyanın Aİ-yə qayıtması halında Şengen zonasına və vahid valyutaya qoşulmasının böyük ehtimalla tələb ediləcəyini düşünürlər.

Qeyd edək ki, sentyabrda Britaniyanın Baş naziri Endi Börnhem 2019-cu ildə baş tutan “Brexit”in ölkəyə faydadan çox zərər gətirdiyini bildirmişdi. Oktyabrda isə o, hökumətin Aİ-yə qayıdışla bağlı referendum keçirməyi planlaşdırmadığını açıqlamışdı. Həmin ay Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas avropalıların əksəriyyətinin Britaniyanın birliyə qayıtmasını müsbət qarşılayacağını söyləmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью