Icma.az, Oxumeni.az saytına istinadən bildirir.
Britaniya avropalı müttəfiqlərinə silah satmağa imkan verəcək ticarət sazişi bağlamağa hazırlaşır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Böyük Britaniyanın baş naziri Kir Starmer Aİ ilə Britaniya şirkətlərinə milyardlarla funt-sterlinq dəyərində avropalı müttəfiqlərə silah satmağa imkan verəcək iri ticarət sazişi bağlamağa yaxındır, The Times yazır.
Nəşrin məlumatına görə, müqavilə bağlanarsa, Britaniya firmaları 150 milyard avro dəyərində Aİ-nin yeni müdafiə fondu üçün tenderdə iştirak edə biləcəklər.
Qəzet Britaniyanın baş nazirinin Brüssellə ticarət maneələrini yumşaltmağa çalışdığını vurğulayır.
Nəşr yazır ki, bu məqsədlə o, mayın 19-da Londonda Aİ-Böyük Britaniya sammiti keçirəcək.
Əziz Mustafa, Oxuməni.az