Britaniya Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyəti bərpa OLUNDU

27.01.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyəti uzun fasilədən sonra yenidən bərpa olunub. Dostluq qrupunun iclası Londonda keçirilib.

Redaktor.az-a bu barədə Böyük Britaniyada səfərdə olan Milli Məclisin deputatı, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fariz İsmayılzadə məlumat verib.

Millət vəkili bildirib ki, sözügedən səfər onun bu vəzifədə Londona ikinci səfəridir.

Qeyd olunub ki, dostluq qrupunun yenidən formalaşması və fəaliyyətinin bərpası Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin və Milli Məclisin apardığı məqsədyönlü təbliğat və diplomatik fəaliyyətin nəticəsində mümkün olub. Səfər çərçivəsində dostluq qrupunun iclası keçirilib, həmçinin Böyük Britaniya parlamentinin dörd üzvü ilə görüş baş tutub.

Bununla yanaşı, səfər zamanı Böyük Britaniyanın aparıcı beyin mərkəzləri və tədqiqat institutları ilə də müzakirələr aparılıb. Belə ki, Royal United Services Institute (RUSI) və International Institute for Strategic Studies (IISS) ilə keçirilən görüşlərdə regional təhlükəsizlik, Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət və Azərbaycan–Böyük Britaniya münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ekspert müstəvisində dialoqun gücləndirilməsi və qarşılıqlı əlaqələrin davamlı xarakter almasının vacibliyi vurğulanıb.

Xədicə BAXIŞLI 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью