Britaniya Azərbaycanla birgə işləməyi səbirsizliklə gözləyir Səfir

04.04.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük Britaniya Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı rolunu qiymətləndirir.

Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “X” platformasındakı paylaşımında bildirib.

Səfir qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının XI və Yaşıl Enerji Məşvərət Şurasının III Nazirlər Görüşü enerji müzakirələri üçün mühüm platformadır: “Böyük Britaniya bu çətin zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı rolunu qiymətləndirir və birgə işləməyi səbirsizliklə gözləyir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью