Britaniya Azov və Qara dənizlərdə möhkəmlənmək istəyir Zaxarova

18.01.2025

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna və Böyük Britaniyaya Azov dənizində əməkdaşlığa yerlərinin olmadığı və bu akvatoriya ilə bağlı istənilən iddianın sərt şəkildə yatırılacağı barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, Kiyev və London arasında Azov dənizi də daxil olmaqla dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı ehtiva edən 100 illik tərəfdaşlıq sazişinin imzalanıb.
Zaxarova qeyd edib ki, Böyük Britaniya uzun müddətdir ki, bu sularda, xüsusən Azov-Qara dəniz hövzəsində möhkəmlənməyə çalışır və Kiyevə yalnız köməkçi rol verilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью