Britaniya Baş naziri ABŞ ın İrana zərbəsini dəstəkləyib, Tehranıdanışıqlara çağırıb

22.06.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Böyük Britaniya Baş naziri Kir Starmer İranı yenidən nüvə proqramı ilə bağlı danışıqlara qayıtmağa çağırıb.

APA-nın xəbərinə görə, Kir Starmer bu barədə X-da paylaşım edib.

Britaniya Baş naziri ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna da dəstəyini ifadə edib: “İranın nüvə proqramı beynəlxalq təhlükəsizlik üçün ciddi təhlükə yaradır. Tehrana heç vaxt nüvə silahı yaratmağa icazə verilməyəcək və ABŞ bu təhlükəni azaltmaq üçün addım atıb. Biz İranı danışıqlar masasına geri qayıtmağa və bu böhrana son qoymaq üçün diplomatik həllə çağırıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью