Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Britaniya Baş naziri Kirr Starmer Krallıq vətəndaşlarının 30 günə qədər vizasız Çinə səyahət edə biləcəklərini açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, Britaniya hökuməti Çinə satılan viskiyə idxal vergilərinin 10%-dən 5%-ə endiriləcəyini açıqlayıb.
Bununla yanaşı, Böyük Britaniyada yerləşən əczaçılıq nəhəngi AstraZeneca Çinə 15 milyard dollarlıq investisiya qoyduğunu açıqlayıb.
Çin prezidenti Si Cinpin ilə görüşdən sonra Starmer Böyük Britaniya ilə Çin arasında münasibətlərin "yaxşı, güclü vəziyyətdə" olduğunu bildirib.
Starmerin Çinə səfəri 28 yanvarda başlayıb və yanvarın 31-dək davam edəcək.
Bu, Britaniya baş nazirinin səkkiz ildən sonra Çinə ilk səfəridir.
Elvin
Ölkə.az