Britaniya Baş naziri Osventsimdə olub

17.01.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer azad edilməsinin 80-ci ildönümü ərəfəsində Polşada nasistlərin keçmiş həbs düşərgəsi olmuş Osventsimə baş çəkib.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, Starmer düşərgəni ziyarət etdikdən sonra antisemitizmlə mübarizəni davam etdirmək əzmində olduğunu vurğulayıb.

“Burada gördüklərimə qəti hazır deyildim. Bu, dəhşətli idi. Bu gün gördüklərim ömrümün sonuna qədər yaddaşımda qalacaq”, – o deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью