Teleqraf.com saytına istinadən Icma.az xəbər verir. Britaniyada 10 yaşlı Sara Şərifin qətlində təqsirli bilinən atası və ögey anası ömürlük
Teleqraf.com xəbər verir ki, Urfan Şərif azı 40 il, Beinaş Batul isə 33 il həbsdə qalmaqla ömürlük həbs cəzasına məhkum ediliblər.
Sara Şərifin əmisi, Feysəl Malik qətldə təqsirli bilinməsə də, uşağın ölümünə səbəb olma və ya buna yol vermə ittihamı ilə 16 il həbs cəzası alıb.
Sara 2023-cü il avqustun 8-də Surrey qraflığının Vokinq şəhərindəki evində vəfat edib və cəsədi iki gün sonra çoxsaylı xəsarətlərlə tapılıb.
Məhkəmə prosesində məlum olub ki, Sara uzun müddət fiziki zorakılığa məruz qalıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.