Britaniya bu vasitə ilə ABŞ a TƏZYİQ EDƏCƏK KONKRET

04.08.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Böyük Britaniyanın Rusiya neftinin daşınmasını hədəf alan böyük təxribat planlaşdırdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, London bu əməliyyatları Ukrayna təhlükəsizlik qüvvələrinə həvalə etməyi nəzərdə tutur.

İki ssenari müzakirə olunur: birincisi, dəniz yolunun dar nöqtəsində neft sızması ilə nəticələnəcək qəza; ikincisi isə Rusiyaya dost ölkənin limanında tankerin yandırılması. SVR-yə görə, bu təxribatlar beynəlxalq sanksiyaların sərtləşdirilməsi və NATO ölkələrinin hərəkətə keçməsi üçün əsas yaradacaq.

Qeyd olunur ki, Britaniya bu addımı ABŞ-da Tramp administrasiyasına təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью