Britaniya da Orta Dəhlizə qoşuldu

29.07.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qazaxıstan Dəmir Yolu” Səhmdar Cəmiyyəti (SC) Ekibastuz şəhərindən Böyük Britaniyaya ilk dəfə olaraq multimodal mineral gübrə daşınmasını təşkil edib.

Daşınma dəmir yolu və dəniz nəqliyyatından istifadə olunmaqla Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə təşkil edilib. Yüklər Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçərək Poti və Batumi limanlarından dəniz yolu ilə İngiltərənin Felikstou limanına çatdırılacaq.

Yeni marşrut Qazaxıstanın gübrə istehsalçılarına Böyük Britaniyaya ixracı artırmaq imkanı yaradacaq. Orta Dəhlizdən istifadə isə logistikanı şaxələndirməyi və etibarlı yük çatdırılmasını təmin edir.

“Qazaxıstan Dəmir Yolu” SC beynəlxalq daşınma coğrafiyasını ardıcıl olaraq genişləndirir. Şirkət əvvəllər ölkə məhsullarının Ekibastuz-Mayami marşrutu üzrə ixracını təşkil edib. İndi isə ixrac malları Orta Dəhliz ilə Avropa bazarlarına göndərilir.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью