Britaniya daha 19 miqrantı Fransaya deportasiya edib

10.10.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

London, 10 oktyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti daha 19 qanunsuz miqrantı Fransaya deportasiya edib. Bu, iki ölkə arasında miqrantların geri qaytarılması ilə bağlı imzalanmış razılaşma çərçivəsində reallaşıb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, miqrantlar iki reyslə Fransaya göndərilib. Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud bildirib ki, bu, olkəyə kiçik qayıqlarla gəlmək istəyənlərə açıq mesajdır: “Əgər ölkəyə qanunsuz şəkildə daxil olmağa çalışsanız, saxlanılacaq və geri göndəriləcəksiniz. Buna görə bu səyahətə çıxmazdan əvvəl iki dəfə düşünün”, - deyə nazir bildirib. O, əlavə edib ki, cəmi bir neçə həftə ərzində Fransa ilə miqrantların geri qaytarılması razılaşması çərçivəsində 26 nəfər geri qaytarılıb və bu prosesin davam edəcəyi gözlənilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью