Britaniya dənizaltı təhlükəsizlik tədbirlərini açıqlayıb

08.12.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 8 dekabr, AZƏRTAC

Böyük Britaniya son aylarda Rusiyanın artan dənizaltı fəaliyyəti, o cümlədən ötən ay ölkə suları yaxınlığında müşahidə edilən “Yantar” casus gəmisi fonunda yeni müdafiə tədbirlərini açıqlayıb.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, admiral Qvin Cenkins “Atlantik Bastion” adlı proqramla bağlı yenilənmiş məlumat verib. Proqramın məqsədi Britaniyanın dənizaltı kabellərini və boru kəmərlərini potensial təhdidlərdən qorumaqdır. Layihə çərçivəsində avtonom sualtı cihazlar və süni intellekt texnologiyaları hərbi gəmilər və aviasiya ilə birləşdirilərək dənizaltı infrastruktura yönəlmiş mümkün təhdidlərin aşkarlanması və zərərsizləşdirilməsi nəzərdə tutulur.

Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, layihə Rusiyanın dənizaltı və sualtı fəaliyyətinin yenidən artmasına birbaşa cavab olaraq hazırlanıb. Bu il Müdafiə Nazirliyi və sənaye tərəfdaşları proqram üçün ümumilikdə 14 milyon funt sterlinq investisiya ayırıb və texnologiyanın gələn ildən istifadəyə veriləcəyi gözlənilir. Artıq Böyük Britaniya və Avropadan 26 şirkət layihə üzrə təkliflərini təqdim edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью