Britaniya dronlarla dərman çatdırılması üçün yeni qaydalar hazırlayır

21.04.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

London, 21 aprel, AZƏRTAC

Böyük Britaniyada qanunvericilikdə ediləcək dəyişikliklərə əsasən, dronların operatorun birbaşa görmə məsafəsindən kənarda uçmasına icazə verilə bilər.

AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, bu dəyişikliklər qəbul edilərsə, dronlar vasitəsilə uzaq bölgələrə reseptlə dərman çatdırılması, dənizdəki külək turbinlərinə və neft platformalarına texniki baxışların keçirilməsi mümkün olacaq. Hazırkı qaydalara görə, dronların yalnız operatorun birbaşa nəzarətində olması tələb olunur, bu isə onların uzun məsafələrə uçuşunu mümkünsüz edir.

Yeni qaydaların 2026-cı ildən etibarən qüvvəyə minməsi nəzərdə tutulur. Bu da ilk mərhələdə əsasən uzaq, sıxlığın az olduğu ərazilərdə və açıq su sahələri kimi aviasiya mühitlərində tətbiq ediləcək.

Yeni qaydalar qəbul edilərsə, Britaniyada dronların səhiyyə sistemində istifadə imkanları genişlənəcək və bu texnologiya bir sıra sahələrdə operativliyi əhəmiyyətli dərəcədə artıracaq.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью