Britaniya fırtına üçün qırmızı həyəcan elan edib

23.01.2025

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Böyük Britaniya fırtına üçün qırmızı xəbərdarlıq elan edib.
Demokrat.az
xəbər verir ki, bu barədə Sky News xəbər verir.
Telekanalın məlumatına görə, sinoptiklər bütün Şimali İrlandiya və Şotlandiyanın bəzi hissələrini vuracaq güclü küləklər barədə xəbərdarlıq edirlər. Tornado ölkənin bəzi ərazilərini də vura bilər deyə meteoroloqlar bildiriblər.
Sky News-un məlumatına görə, qasırğanın saatda 90 mil (saatda 100 kilometrdən çox) küləyin əsməsinə, yağış və qar yağmasına səbəb olacağı gözlənilir.
Yerli sakinlər təhlükəsizlik qaydalarına riayət etməyə çağırılıb, məktəblərin bağlanması, sürücülərə isə yola çıxmamaq tövsiyə edilib.
Əfsanə Kamal
Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью