“Britaniya hakimiyyəti yerli əhalini miqrantlarla əvəz edəcək”..?

03.06.2025

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

...Britaniya hökuməti yerli əhalini üçüncü dünya ölkələrindən gələn miqrantlarla əvəz etmək istəyir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə rusiyalı senator Aleksey Puşkov Telegram kanalında yazıb.

O qeyd edib ki, ölkədə yaşayan miqrantlar hər ay bir milyard funt-sterlinqə yaxın sosial müavinət alırlar.

Puşkovun proqnozlarına görə, beş ildən sonra bu məbləğ iki dəfə artacaq, çünki yeni gələnlərin sayı da iki dəfə artacaq.

Rusiyalı senatorun sözlərinə görə, Britaniya rəhbərliyi xalqların köçürülməsi üçün genişmiqyaslı əməliyyat keçirir, bunu təbii bir hadisə kimi təqdim edir.

Tarixdə belə bir şey olmayıb.

Oksford alimlərinin araşdırmasına görə, keçən il Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birinci olub. ...Xatırladaq ki, Böyük Britaniyanın “Reform UK” partiyası DOGE modelində departament açacaq.

…Və Böyük Britaniyanın müdafiə naziri Healey Moskvanın hərbi əməliyyatlara hazır olduğuna işarə edib.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью