Britaniya hava limanında təhlükə: Sərnişinlər təxliyə edildilər | Icma.az
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın paytaxtı Londondan təxminən 30 mil cənubda yerləşən Qatvik hava limanının terminallarından birində sərnişinlər təhlükəsizlik səbəbi ilə təxliyə ediliblər.
Oxu.Az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat verib.
"Ehtiyat tədbiri olaraq Cənub terminalının böyük hissəsi boşaldılıb. Biz təhlükəsizliklə bağlı araşdırmaları davam etdiririk.
İstintaq davam etdiyi müddətdə sərnişinlər Cənub terminalına daxil ola bilməyəcəklər.
Sərnişinlərimizin və işçilərin təhlükəsizliyi prioritetimiz olaraq qalır.
Biz hadisənin mümkün qədər tez həll edilməsi üzərində səylə çalışırıq", - deyə məlumatda bildirilib.
Həmçinin Böyük Britaniyanın ikinci ən işlək hava limanı Qatvikdə baş verən hadisə ilə əlaqədar Londonun mərkəzini hava limanı ilə birləşdirən "Gatwick Express" qatarı da ərazidə dayanmayıb.
Tam oxu
Xəbəri oxu