Britaniya HDQ: BƏƏ sahillərində gəmi ələ keçirilərək İrana aparılıb​​​​​​​

14.05.2026

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində ticarət gəmisi ələ keçirilib və hazırda İran istiqamətində hərəkət edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzinin (UKMTO) bəyanatında deyilir.

"UKMTO BƏƏ-nin Füceyrə şəhərindən 38 dəniz mili (70 km) şimal-şərqdə baş vermiş hadisə barədə məlumat alıb. Şirkətin təhlükəsizlik üzrə əməkdaşı bildirib ki, gəmi lövbərdə dayandığı vaxt səlahiyyəti olmayan şəxslər tərəfindən ələ keçirilib və hazırda İranın ərazi sularına doğru istiqamət alıb", — deyə bildirişdə qeyd olunur.

Digər təfərrüatlar verilmir. Araşdırma aparılır.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью