Britaniya hökuməti həbsxanalarda 900 dək əlavə yer yaratmağı planlaşdırır

01.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

London, 1 sentyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti həbsxanalardakı sıxlığı azaltmaq məqsədilə İngiltərə və Uelsdə mövcud həbsxanalarda əlavə kameralar yaratmağı planlaşdırır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, mövcud büdcə vəsaitləri hesabına 110 milyon funt sterlinq ayrılacaq. İstifadə olunmayan ofis sahələri, camaşırxanalar və anbarların həbsxana kameralarına çevrilməsi nəzərdə tutulur.

Camaşırxanaların kameralara çevriləcəyi halda məhbusların geyimlərinin harada yuyulacağı ilə bağlı suala cavab verən ədliyyə naziri Aleks Norris həbsxanaların normal fəaliyyətinin davam etdirilməsinin təmin olunacağını deyib. O, mövcud sahələrdən daha səmərəli istifadə imkanlarının nəzərdən keçirildiyini vurğulayıb. Nazirin sözlərinə görə, həbsxanalardakı mövcud sahələrin yenidən istifadəyə verilməsi hesabına 200-dən 900-dək əlavə yerin yaradılması mümkündür.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью