Britaniya hökuməti Hitrou hava limanını genişləndirir | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Böyük Britaniya hökuməti Londonun Hitrou hava limanında üçüncü uçuş-enmə zolağının t
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə maliyyə naziri Reyçel Rivz bildirib.
O, çıxışında qeyd edib ki, ölkənin əsas hava limanında əlavə bir zolağın inşası Britaniyanın uzunmüddətli iqtisadi artım potensialını gücləndirəcək.
Nazir, bu qərarın daha uzun müddət təxirə salına bilməyəcəyini bildirərək üçüncü uçuş-enmə zolağının tikintisinin zəruriliyini vurğulayıb.
Onun sözlərinə görə, hökumət yay aylarına qədər layihənin icrası üçün təklifləri qəbul edəcək və bundan sonra tam qiymətləndirmə aparacaq.
Reyçel Rivz əlavə edib ki, layihə Böyük Britaniyanın qanuni, ekoloji və iqlim öhdəliklərinə uyğun şəkildə həyata keçiriləcək.
Aytən Abbaslı AZƏRTAC-ın xüsusi müxbiri London Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu