Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
London, 9 iyun, AZƏRTAC
Böyük Britaniya hökuməti uşaqların sosial media platformalarında keçirdiyi vaxtı məhdudlaşdırmaq üçün daha sərt onlayn təhlükəsizlik tədbirləri tətbiq etməyi nəzərdən keçirir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, təşəbbüs çərçivəsində sosial şəbəkə tətbiqlərində istifadə müddətinə gündəlik iki saatlıq limit və axşam saat 22:00-dan sonra qadağa qoyulması təklif olunur.
Texnologiya naziri Piter Kayl bəzi tətbiqlərin və ağıllı telefonların asılılıq yaradan təbiətini araşdırdıqlarını bildirib. O, uşaqların onlayn təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London