Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyanın baş nazirinin müavini Anjela Reynerin istefası ölkənin siyasi gündəmini silkələyib.
BBC-nin məlumatına görə, onun gedişi baş nazir Kir Starmerin kabinetində genişmiqyaslı kadr dəyişikliklərinə səbəb olub.Reynerin yerinə baş nazirin müavini postuna indiyədək xarici işlər naziri vəzifəsini icra edən Devid Lemmi gətirilib.
O, həm də Ədliyyə Nazirliyinə rəhbərlik edəcək. Xarici işlər naziri postuna isə keçmiş daxili işlər naziri İvett Kuper təyin olunub.
Onun boşaltdığı Daxili İşlər Nazirliyinə isə Şabana Mahmud gətirilib.
Mahmud əvvəllər məhz ədliyyə naziri idi və bu vəzifəni Lemmiyə ötürüb.BBC yazır ki, Mahmudun təyinatı Starmer hökumətinin prioritetlərini aydın şəkildə göstərir: qeyri-leqal miqrasiya və qaçqın məsələləri Londonda əsas gündəm olaraq qalır.
Parlamentdə sərt miqrasiya siyasətinin tərəfdarı kimi tanınan Mahmudun yeni mövqeyi bu kursun daha da güclənəcəyindən xəbər verir.Kabinetdə başqa dəyişikliklər də baş verib.
Şotlandiya məsələləri üzrə nazir İan Myurrey və İcmalar Palatasının lideri Lyusi Pauell vəzifələrini itiriblər.