Britaniya hökumətindən Tramp Putin danışığına REAKSİYA

19.03.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniya hökuməti martın 18-də Donald Tramp və Vladimir Putin arasında telefon danışığından sonra Ukrayna üçün ədalətli və davamlı sülhə ehtiyac olduğunu qeyd edib.
Modern.az-ın məlumatına görə, Britaniya hökumətinin şərhini “Sky News” yayıb.

Bildirilib ki, Britaniya hökuməti Putinlə söhbətindən sonra “Prezident Trampın atəşkəs istiqamətində əldə etdiyi irəliləyişi” alqışlayır.

Rəsmi London eyni zamanda təkid edir ki, gələcək danışıqlar “Ukrayna üçün ədalətli və davamlı sülhə” gətirib çıxarmalıdır.

“Rusiyanın bir daha heç vaxt qeyri-qanuni işğala nail olmaması üçün Ukraynanı dəstəkləyəcəyik”, - deyə şərhdə qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью