Britaniya ilə müdafiə sahəsində birgə istehsal imkanları yaranır

13.11.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

12 noyabr 2026-cı il tarixində Dublində Prezident İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən imzalanan Birgə Bəyannamə  ilə iki ölkə strateji tərəfdaş olub.
Sənəddə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, Orta Dəhliz, təhsil, elm və innovasiya kimi mühüm istiqamətlərin əhatə olunması tərəfdaşlığın həm regional, həm də beynəlxalq müstəvidə əhəmiyyətini ortaya qoyur. Xüsusilə Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması, Azərbaycanın beynəlxalq nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından bu əməkdaşlığın perspektivləri diqqət çəkir.

Modern.az - açıqlamasında Milli Məclisin Azərbaycan - Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Fariz İsmayılzadə bildirib ki, bu, uzun müddətdir gözlənilən sevindirici xəbərdir:
“Məlumdur ki, Qarabağ müharibəsi bitdikdən sonra Britaniya - Azərbaycan münasibətlərində yeni mərhələ başladı. Böyük Britaniya sabiq Baş nazirinin Bakıya səfərləri, yeni dialoqun və əməkdaşlığın müzakirəsi məhz yekunda strateji tərəfdaşlıq sənədinin imzalanmasına istiqamətləndirilmişdi. Biz də parlament istiqamətindən, eləcə də tədqiqat və beyin mərkəzləri tərəfindən bu prosesə böyük dəstək vermişik, təkan olmuşuq və müzakirələr təşkil etmişik. Əsas danışıqlar isə təbii ki, hökumətlər arasında aparılıb. Nəhayət ki, bu sənəd imzalandlı, bu, çox sevindirici haldır”.


F.İsmayılzadənin sözlərinə görə, imzalanan sənəd Azərbaycanın ticarət əlaqələrini daha da gücləndirəcək:
“Burada həm ənənəvi sahələr - energetika, nəqliyyat, investisiyalar, təhsil proqramları və birgə investisiyalar, həm də yeni sahələr öz əksini tapıb. Xüsusilə Qarabağ müharibəsindən sonra mümkün olan müdafiə sənayesi, müdafiə sahəsində texnologiyaların transferi, süni intellekt, kibertəhlükəsizlik, birgə istehsalat imkanları və yaşıl energetika kimi istiqamətlər bura daxildir. Düşünürəm ki, bu sənəd münasibətlərimizi yeni səviyyəyə qaldıracaq, Böyük Britaniyanın Cənubi Qafqazdakı maraqlarını möhkəmləndirəcək və gələcəkdə Azərbaycanın ticarət əlaqələrini daha da gücləndirəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью