Britaniya ilk dəfə Protector dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi

02.11.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniya ordusu xarici gəmiləri müşahidə etmək üçün ilk dəfə Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus "Protector" pilotsuz uçuş aparatından istifadə edib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq "The Telegraph" nəşrinə açıqlamasında bildirib.

Nəşrin məlumatına görə, sentyabrın sonundan oktyabrın ortalarınadək silahsız pilotsuz uçuş aparatı Rusiya gəmiləri də daxil olmaqla, xarici gəmiləri 10 saatdan çox müddətdə müşahidə edib.

Böyük Britaniya bu tip dronlardan 16 ədəd alıb. Onlardan 11-i artıq silahlanmaya qəbul edilib.

Britaniya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, 2026-cı ilin ilk yeddi ayında krallığın ərazi sularında və Şimali Atlantikada Rusiyanın dəniz fəaliyyətini izləmək üçün keçirilən əməliyyatların sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb.

Təkcə iyul ayında Rusiya gəmilərini və sualtı qayıqlarını izləmək üçün "Somerset", "Tyne", "Mersey" və "Severn" adlı dörd gəmi, həmçinin "Wildcat" və "Merlin" helikopterləri cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью