Britaniya İran Hava Yollarına qarşı sanksiyalar tətbiq etdi

18.11.2024

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniya İran Hava Yolları, IRISL (İran İslam Respublikası Dəniz Gəmiçiliyi) nəqliyyat şirkəti və Rusiyanın “Port Olya-3” yük gəmisinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Manset.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısında qeyd edilib.

Böyük Britaniya həmçinin “Port Olya-3” gəmisinin üçüncü ölkədən Rusiyaya hərbi yüklərin daşınması ilə məşğul olduğunu iddia edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью