Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

06.10.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərar versə, İsrailin Londondakı səfirliyinin 27 diplomatı ölkədən çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters dörd mənbəyə istinadən məlumat yayıb.
İsrail sentyabrın 8-də Britaniyaya Şərqi Qüdsdəki konsulluğu 30 gün ərzində bağlamağı əmr edib. Müddət cümə axşamı başa çatır və bu, konsulluqda çalışan təxminən 30 britaniyalı diplomat və onların ailələrinə təsir edəcək.
 

İsrailin xarici işlər naziri Gideon Saar konsulluğun cümə axşamı bağlanacağını bildirib. Britaniya isə İsrailin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrindən malların idxalına qadağa qoymasından sonra bu addımla bağlı İsraillə mübahisə yaşayır.


Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauell konsulluğun bağlanmasının qarşısını almaq üçün ötən həftə İsrailə səfər etsə də, razılaşma əldə olunmayıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью