Britaniya Kiyevə “Storm Shadow” raketlərini çatdırıb

26.11.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Bir neçə həftə əvvəl Böyük Britaniya Keir Starmerin başçılıq etdiyi dövrdə ilk dəfə olaraq Ukraynaya onlarla "Storm Shadow" qanadlı raketlərini çatdırdı.

Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, çatdırılma ictimaiyyətə açıqlanmayıb, raketlərin dəqiq sayı və Ukraynaya nə vaxt çatdığı barədə məlumat verilməyib. Eyni zamanda, nəşr qeyd edir ki, raketlər Ukrayna ərazisindən Rusiyanın dərinliklərinə endirmək üçün uzaqmənzilli dəqiq silahlardan istifadə etmək üçün ABŞ və Böyük Britaniyanın icazəsinədək göndərilib.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью