Britaniya köhnəlmiş Hawk təyyarələrini italyan istehsalı olan M 346 ilə əvəz etməyi planlaşdırır.

07.04.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Britaniya hakimiyyəti, Kral Hərbi Hava Qüvvələrinin silahlanmasında olan köhnəlmiş "Hawk" təyyarələrinin əvəz olunması üçün İtaliyanın istehsal etdiyi M-346 təlim döyüş təyyarələrini almağı nəzərdə tutur.

APA xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb.

Bildirilib ki, Britaniyanın "Hawk T1" modelləri 2030-cu ilə qədər istismardan çıxarılmalıdır.

Daha yeni "Hawk T2" modellərinin mühərriklərində isə texniki problemlər müşahidə olunur.

Bundan əlavə, "Hawk" təyyarələrinin istehsal olunduğu zavod 2020-ci ildə bağlanıb və hələlik ciddi alternativ mövcud deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью