Britaniya Kolumbiyası “OpenAI”ni məhkəməyə verdi

23.09.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Kanadanın Britaniya Kolumbiyası əyalətində 18 yaşlı Cessi Van Rutselaar fevralın 11-də məktəblərdən birində silahlı hücum həyata keçirmişdi.

"Cebheinfo.az" xəbər verir ki, 9 nəfərin həlak olduğu, 27 nəfərin yaralandığı qanlı hadisədən əvvəl hücumçunun süni intellekt aləti “ChatGPT”dən məsləhətlər aldığı iddia olunub.

Britaniya Kolumbiyasının Baş prokuroru Niki Şarma bildirib ki, “ChatGPT” yazışmaları təhlükəsizlik orqanlarına bildirmədiyi üçün onun sahibi olan ABŞ-nin “OpenAI” şirkətinə “təhlükəsiz olmayan məhsul hazırlamaq” ittihamı ilə məhkəmə iddiası qaldırılıb.

“OpenAI”ın baş icraçı direktoru Sem Altman isə aprel ayında hücumçunun “ChatGPT” ilə yazışmalarının daha əvvəl polisə təqdim edilməməsinə görə üzr istədiyini açıqlayıb.

Əfsanə
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью