Britaniya Kralı Ağ Evdə belə qarşıland VİDEO

28.04.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla ABŞ-yə rəsmi səfərləri çərçivəsində Ağ Evdə Prezident Donald Tramp və birinci xanım Melaniya Trampla görüşüblər.
Bizim.Media  xəbər verir ki, tərəflər Ağ Evə daxil olmamışdan əvvəl media nümayəndələri qarşısında birgə görüntü veriblər. 
Kral III Çarlz və Donald Trampın səmimi söhbət apardıqları müşahidə olunub. 
Məlumata görə, ABŞ Prezidenti və birinci xanım qonaqların şərəfinə əvvəlcə qapalı çay süfrəsi təşkil edib, daha sonra isə açıq havada ziyafət keçirilib.
Qeyd edək ki, kral ailəsinin ABŞ-yə rəsmi səfərinin ümumilikdə dörd gün davam edəcəyi bildirilir.

Bizim.Media
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью