Britaniya Kralı III Çarlz sulu boya ilə çəkdiyi rəsm əsərini satışa çıxarıb

07.11.2025

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniya Kralı III Çarlz özünün sulu boya ilə çəkdiyi rəsm əsərinin məhdud sayda reproduksiyasını buraxıb.

AzPost Lenta.ru-ya istinadən bildirir ki, “Highgrove House – Vəhşi Çiçək Çəmənliyindən görünüş” adlı litoqrafiya monarxın 1995-ci ildə çəkdiyi orijinal əsərinə əsaslanır. Rəsm onun Şahzadə Diana ilə evliliyindəki böhran dövründə yaradılıb. Kral tərəfindən şəxsən imzalanmış yüz ədəd nüsxə 2900 funt sterlinqə  satılır.

Satışdan əldə edilən bütün gəlir monarxın xeyriyyə fonduna köçürüləcək.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью