Britaniya Kralı xərçəng xəstəliyinə görə yenidən xəstəxanaya aparılıb

28.03.2025

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Britaniya Kralı III Çarlz xərçəng xəstəliyi müalicəsinin “əlavə təsirləri” səbəbilə xəstəxanaya aparılıb.

“Report” xəbər verir ki, bu barədə Buhinhem Sarayının mətbuat xidməti məlumat yayıb.

Xəstəxanaya yerləşdirmə ilə əlaqədar martın 27 və 28-nə planlaşdırılan bütün qəbullar ləğv edilib.

“Əlahəzrət baş verənlərdən narazı və ya məyus ola biləcək hər kəsdən üzr istərdi”, - mətbuat xidməti bildirib.

Lakin qısamüddətli müayinədən sonra monarx Londondakı iqamətgahı Klarens hausa buraxılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью