Britaniya mediası: Kir Starmeri vəzifədən uzaqlaşdırmaq cəhdləri başlayıb

12.11.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

London, 12 noyabr, AZƏRTAC

Britaniya mediasının məlumatına görə, Leyboristlər Partiyasının daxilində Baş nazir Kir Starmeri vəzifədən uzaqlaşdırmaq planları müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, partiya üzvləri arasında onun əvəzlənməsi üçün mümkün namizədlər sırasında səhiyyə naziri Ves Stritingin adının da çəkildiyi bildirilir. Lakin Ves Striting bu iddiaları qəti şəkildə təkzib edib. O, yayılan xəbərləri özünə zərər vuran və mənasız konspirasiya nəzəriyyələri adlandırıb.

Stritingin bu açıqlaması, son günlərdə Dauninq Stritdən K.Starmerin tərəfdarları tərəfindən yayılan və onun vəzifəsini qorumağa yönəlmiş açıqlamalardan sonra səslənib. Mətbuat yazır ki, bu addımlar Leyboristlər Partiyasının bəzi yüksək vəzifəli üzvlərinin Baş naziri əvəzləmək üçün fəaliyyətə keçdiyi barədə iddialara cavab kimi qiymətləndirilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью