Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, avqustun 17-də Böyük Britaniyanın tanınmış multikulturalizm qəzet sayılan, həm ingilis, həm də ispan dilində yayınlanan “The Prisma” mətbu orqanında elmi-tədqiqatçı Xəyalə Məmmədova və Darin Jan C.Tindovenin “Multicultural identity: Urban traces in Azerbaijan” (Multikultural kimlik: Azərbaycan şəhərsalmasında izləri”) adlı məqalə işıq üzü görüb.
Məqalədə Azərbaycanın şəhərsalma və memarlıq tarixinin əsrlər boyu formalaşması, tarixi memarlıq abidələrinin milli-mədəni irsinin mühüm simvollarına çevrilməsi, Azərbaycan orta əsr memarlıq məktəbinin inkişafında Əcəmi Naxçıvaninin yaradıcılığından bəhs edilib. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin şəhərsalma və memarlıq tarixində mühüm inkişaf mərhələlərindən biri kimi qeyd edilməsi ilə yanaşı, tarixi-memarlıq irsinin mühafizəsi, abidələrin bərpası və şəhərlərin mövcud simasının saxlanılması istiqamətində ciddi işlər görülməsi ilə bağlı geniş məlumat verilib.
Ölkədə şəhərsalma və memarlıq sahəsinin inkişafına verilən yüksək dövlət diqqətinin bariz nümunəsi olaraq Azərbaycan Prezidenti tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də bu sahənin strateji prioritet kimi müəyyən olunduğunu göstərir.
“Şəhərsalma və Memarlıq İli”nin elan olunması Azərbaycanda şəhərsalma siyasətinin yeni mərhələyə keçidini ifadə edir, tarix və mədəniyyət abidələrinin qorunmasının hüquqi təminatının daha da gücləndirilməsinə xidmət edir.Bu kontekstdə mayın 17-dən 22-dək Bakıda keçirilən BMT-nin Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) xüsusi əhəmiyyət kəsb edib. Bu tədbirin Bakıda keçirilməsi ölkənin dayanıqlı şəhər inkişafı, innovativ şəhərsalma və müasir yaşayış mühitinin formalaşdırılması sahəsində əldə etdiyi təcrübənin beynəlxalq səviyyədə təqdim olunması baxımından əhəmiyyətli idi.