Britaniya müdafiə naziri: “Putin Avropada müharibə aparır”

02.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Hamımız Rusiya Prezidenti Vladimir Putinin Avropa ilə müharibə aparmaq niyyətində olmadığı barədə vədlərinə inanmaq istərdik.
Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Conatan Stritinq bildirib.
Stritinqin sözlərinə görə, təəssüf ki, Putin hazırda Avropada müharibə aparır və bu müharibəni elə bu gün dayandıra bilər.
Nazir müharibənin səbəbsiz və qanunsuz olduğunu vurğulayaraq, Rusiya liderinin istənilən vaxt öz iradəsi ilə döyüşlərə son qoya biləcəyini qeyd edib.
Britaniyalı nazir həmçinin İtaliya və Yaponiya ilə birlikdə yeni nəsil döyüş təyyarəsinin hazırlanması üzərində çalışdıqlarını bildirib. O, Almaniyanın da bu proqrama qoşulmasına açıq olduqlarını vurğulayıb.
Stritinq qeyd edib ki, Berlinin ehtiyaclarını, əməkdaşlıq imkanlarını və tərəflərin maraqlarının üst-üstə düşüb-düşmədiyini öyrənmək istəyirlər.
Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью