Britaniya müdafiə nazirinin keçmiş müavini həbs olunub

12.01.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Böyük Britaniya müdafiə nazirinin keçmiş müavini İvor Kaplin həbs olunub. SİA “The Sun” nəşrinə istinadən xəbər verir ki, o, pedofiliyada şübhəli bilinir.

Məlumata görə, Kaplin azyaşlı oğlanla görüşə gəldiyi Hov şəhərindəki dəmiryol vağzalında saxlanılıb.

Polis 66 yaşlı kişinin həbs olunduğunu təsdiqləyib və araşdırmalara başlanıldığını bildirib. Nəşr yazır ki, Kaplin 2024-cü ilin iyununda dəqiqləşdirilməmiş ciddi ittihamlara görə İşçi Partiyasından xaric edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью