Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Böyük Britaniyanın nəhəngi və krallıqda ən böyük ingilis bankı hesab edilən "HSBC" Rusiya ərazisindən ödənişləri qəbul etməyi dayandırıb.
Reyting.az-ın məlumatına görə, Böyük Britaniyanın ən böyük bankı kimi ölkə daxilində, eləcə də xaricdə kifayət qədər nüfuz qazanmış "HSBC" məsələ ilə bağlı artıq öz qərarını verdiyini açıqlayıb.
Bu ingilis bankı Rusiyadan və Belarusdan olan fiziki şəxslərin, həmçinin Rusiya vətəndaşı kimi müxtəlif xarici ölkələr üzərindən əlaqə qurmaq istəyənlərə xidmət göstərməyəcək, onların əməliyyatlarını bloklayacaq.
"HSBC" bankının "Reuters" agentliyi vasitəsilə yaydığı məlumatda deyilir: "Böyük Britaniyanın "HSBC" bankı olaraq bəyan edirik ki, öz prinsipial mövqeyimizi müdafiə edəcəyik.
Bank artıq Rusiyadan bütün daxilolma əməliyyatlarını qadağan edəcək.
Nəzərinizə çatdırırıq ki, 2023-cü ilin yayından "HSBC" bankı Rusiya şirkətləri üçün ödənişlərlə bağlı xidməti dayandırmışdı".
Aktivlərinə görə Britaniyanın ən böyük bankı "HSBC" Rusiyadan, Belarusdan olan bütün fiziki şəxslərdən ödənişlər qəbul etməyi bu ilin noyabr ayının 22-dən dayandırır.