Britaniya nüvə silahını modernləşdirəcək

02.06.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Böyük Britaniya nüvə başlıqlarının arsenalını modernləşdirmək üçün 15 milyard funt sterlinq ayıracaq.

Bu barədə ölkənin Baş naziri Kir Starmer "Sky News" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu modernləşdirmə gələcək onilliklər üçün nüvə caydırıcılığını təmin etmək məqsədi daşıyır.

Starmer əlavə edib ki, proqram nüvə qüvvələrinin tarixi yenilənməsinin bir hissəsi olacaq və 9 min yeni iş yeri yaradacaq.

Baş nazir həmçinin deyib ki, Britaniya Avropada artan gərginlik fonunda silahlı qüvvələrinin döyüş qabiliyyətini təmin etmək üçün müdafiə xərclərini də artırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью