Britaniya ordusunda süni intellektin rolu artırılacaq

21.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

London, 21 may, AZƏRTAC

Böyük Britaniyanın müdafiə naziri Con Hili ölkənin silahlı qüvvələrində süni intellektin rolunun getdikcə artacağını deyib.

AZƏRTAC “Guardian”a istinadla xəbər verir ki, o, yaxın günlərdə texnoloji yeniliklərin prioritet olduğu yeni strateji müdafiə baxışı sənədini açıqlayacaq.

Nazir bildirib ki, Müdafiə Nazirliyi süni intellekti yeni müdafiə strategiyasının mərkəzinə yerləşdirməyi planlaşdırır. Məqsəd keçmişdə müdafiə sahəsindəki bahalı və səmərəsiz satınalmaların təkrar olunmasının qarşısını almaq və NATO daxilində yeniliklərə liderlik etməkdir.

“Beş ildən sonra süni intellekt orduya və döyüş meydanlarına böyük təsir göstərəcək. Biz bunun nümunəsini artıq Ukraynada, eləcə də həyatın bir çox sahəsində görürük. Müdafiə sahəsində daha çox iş görməliyik ki, bu sahədə üstünlük qazanaq və lider olaq. Mən istəyirəm ki, Britaniya ordusu NATO daxilində süni intellekt sahəsində innovasiyanın ön cəbhəsində olsun”, - deyə Can Hili bildirib.

Qeyd edək ki, yeni müdafiə strategiyası sənədi növbəti üç həftə ərzində təqdim ediləcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью