Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyulun 14-də Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Britaniya Parlamentinin üzvü, Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüblər.
Söhbət zamanı Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib, təhsil və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunub. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmən göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, səfər çərçivəsində keçirilən görüşləri və aparılan danışıqları yüksək qiymətləndirib.
Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinə nəzər salıblar. Söhbətdə parlament diplomatiyası və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu qeyd olunub.
XQ