Britaniya Parlamentinin üzvü: COP29 gələcək iqlim təşəbbüsləri üçün möhkəm baza yaradıb AZ…
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
London, 21 yanvar, AZƏRTAC COP29 gələcək iqlim təşəbbüsləri üçün möhkəm baza yaradıb.
Bu fikirləri AZƏRTAC-a verdiyi eksklüziv açıqlamasında Britaniya Parlamentinin İcmalar Palatasının deputatı Barri Qardiner deyib.
Qardiner COP29-un nəticələrini və Azərbaycanın iqlim təşəbbüslərini yüksək qiymətləndirib.
O qeyd edib ki, Azərbaycan qısa zaman ərzində COP29-u yüksək səviyyədə təşkil etməklə yanaşı, tədbirə irimiqyaslı və iddialı gündəlik gətirərək beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Barri Qardiner COP29-un iqlim məsələlərində gələcək təşəbbüslər üçün möhkəm təməl yaratdığını və Belemdə keçiriləcək növbəti sammitin uğuru üçün əhəmiyyətli bir baza formalaşdırdığını vurğulayıb.
Qardiner Azərbaycanın tədbirin logistika və təşkilati işlərini yüksək səviyyədə həyata keçirdiyini deyib: “Parlament üzvləri və digər iştirakçıların sammitdə iştirakının asanlıqla təmin edilməsi, tədbirin peşəkar, eyni zamanda, effektiv idarə olunması Azərbaycanın təşkilatçılıq bacarığının və tədbirin uğurunun əsas göstəricilərindən biridir.
B. Qardiner Azərbaycan və Böyük Britaniya arasında yaşıl enerji sahəsindəki əməkdaşlıqdan da danışıb: “Böyük Britaniya Azərbaycanın ən böyük
Tam oxu
Xəbəri oxu