Britaniya polisi Formula 2 bolidlərini müsadirə etdi

09.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Britaniya polisi "Formula-2"də çıxış edən "Haytek" komandasının bir neçə yarış maşınını müsadirə edib.

Oxu.Az xəbər verir ki, bu barədə "PlanetF1" məlumat yayıb.

Məlumata görə, müsadirə komandanın keçmiş rəhbəri Oliver Oksun qardaşı Uilyam Oksun həbsi ilə əlaqədardır.

Uilyam Oks 1 may tarixində üzərində "cinayət mənşəli" böyük məbləğdə nağd pul aşkar edildiyi üçün həbs edilib. 3 mayda isə ona qarşı həbs qətimkan tədbiri seçilib. Məlumata görə, bu hadisələr fonunda Oliver Oks Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью