Britaniya Rusiyanı danışıqlar masasına əyləşdirmək istəyir

25.11.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Britaniyanın xarici işlər naziri İvetta Kuper Rusiyanın Ukrayna üzrə danışıqlara başlamalı olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

Kuper çıxışında vurğulayıb ki, Ukraynaya qarşı bombardmanların dayandırılması üçün Moskvanın danışıqlar masasına əyləşməsi vacibdir:
“Əlbəttə, hələ görüləsi çox iş var, amma əsas məsələ Rusiyanın danışıqlara başlamasıdır ki, Ukraynaya qarşı hücumlar dayansın.”

Nazir Avropa ölkələrinin Ukraynada “dayanıqlı” sülhün təmin edilməsinə dair mövqeyini də xatırladıb.

Britaniya XİN-in bu mövqeyi ABŞ-nin Ukrayna üzrə hazırladığı sülh planı ətrafında aparılan müzakirələr fonunda səslənib.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью