Britaniya Rusiyanın təhdidlərinə CAVAB VERDİ

18.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Rusiya ərazisinə hücumlarda Britaniya istehsalı olan dronlardan istifadə ilə bağlı xəbərlərə görə Moskva Londonu xəbərdar edib. 

Birləşmiş Krallıq Ukraynaya Rusiya ilə mübarizədə 100 faiz dəstək verməyə davam edəcək”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Böyük Britaniyanın Baş naziri Endi Börnhem “Reuters” agentliyinə belə deyib. 

“Böyük Britaniya uzun müddətdir vəd etdiyi işi görür. Yəni Vladimir Putinin başlatdığı bu qanunsuz müharibədə Ukraynanı 100 faiz dəstəkləyir. 

Biz Ukraynanın özünü müdafiə edə bilməsi üçün dəstək veririk və bu, münaqişə boyunca Böyük Britaniyanın mövqeyi olub. Əvvəlki baş nazirlər də bunu izləyib və belə də qalır”,- deyə Börnhem qeyd edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью