Britaniya Rusiyaya savaşmağa hazır olduğuna dair mesaj göndərdi

01.06.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Böyük Britaniya yeni fabriklər tikməklə hərbi-sənaye kompleksini inkişaf etdirir və gələcəkdə Rusiya ilə savaşmağa hazırdır".

Oxu.Az BBC-yə istinadla xəbər verir ki, bunu Birləşmiş Krallığın müdafiə naziri Con Hili deyib.

Onun sözlərinə görə, bu, həm də Moskvaya mesajdır. O, Böyük Britaniya hökumətinin altı silah fabrikinin tikintisinə 1,5 milyard funt-sterlinq (təxminən iki milyard dollar - red.) investisiya qoymağı planlaşdırdığını bildirib.

Nazir, həmçinin Londonun sursat istehsalına ildə altı milyard funt-sterlinqə qədər (təxminən 8 milyard dollar - red.) investisiya yatırmaq planlarından danışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью