Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq etdi

19.11.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Böyük Britaniya üç Rusiya şirkəti və dörd fiziki şəxsi sanksiyalar siyahısına əlavə edib.

Gununsesi.info xəbər verir ki, bu haqda Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Sənədə əsasən, bəndlərdən altısı kiberlə bağlı fəaliyyətlər üçün məhdudlaşdırıcı tədbirlər siyahısında, biri isə Rusiyaya qarşı ümumi sanksiyalar siyahısındadır.

Rusiyanın “Media Land” hostinq şirkəti və onun rəhbərliyinə kiberhücumlar üçün infrastruktur təmin etdiyinə görə sanksiyalar tətbiq edilib. “Aeza Group” MMC-yə də məhdudiyyətlər qoyulub.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью